• +994 12 409 25 82
  • info@neyromarketinq.com

Menecer koçluğu





Müştərilərimizin bütöv şəkildə professional həyatlarında fərdi və təşkilati hədəflərə nail olmaları, iş və idarəetmə keyfiyyətlərini artıra bilmələri ve effektiv lider ola bilmələri üçün bacarıqlarını artırmaları və davranışlarını arzu edilən nəticələr istiqamətində yenidən nizamlamalarına dəstək olmağı hədəfləyirik.

Müştərilərimizin bütöv şəkildə professional həyatlarında fərdi və təşkilati hədəflərə nail olmaları, iş və idarəetmə keyfiyyətlərini artıra bilmələri ve effektiv lider ola bilmələri üçün bacarıqlarını artırmaları və davranışlarını arzu edilən nəticələr istiqamətində yenidən nizamlamalarına dəstək olmağı hədəfləyirik. Koçluq xidmətimiz qısa müddətə müştərilərimizin qarşılaşdıqları problemləri daha səmərəli şəkildə həll etmələri üçün bir beyin fırtınası və resurslar mühiti vəziyyətini alır.

Koçluq xidməti zamanı üç səviyyədə öyrənməyi qarşımıza məqsəd qoyuruq:
- Müdirin qarşılaşdığı problemlərin həlli və fürsətlərin dəyərləndirilməsi,
- Bunu edərkən liderlik qabiliyyətinin və digər rollar, vəziyyətlərlə uyğunlaşdırılaraq yeni düşünmə və davranış formalarının təkmilləşdirilməsi,
- Öyrənmənin koçluq xidməti sona çatdıqdan sonra da davamını təmin edəcək özünü qiymətləndirmə və analiz etmə bacarıqlarının və vərdişlərinin qazandırılması.

Bu məqsədlər daxilində, müdirlər və təşkilatları ilə ortaq şəraitində çalışaraq:
- Hədəflənən nəticələrə uyğun meyl, davranış, tərtibat və resurslar baxımından qüvvətli tərəflərini və ehtiyaclaarını müəyyənləşdirərək bir inkişaf planı qurulur,
- İnsanın öz dəyərləri, ehtiyacları, güclü və zəif yönləri, inanc və yanaşmaları kimi şəxsiyyətini təşkil edən hissələri haqqında şüur və fərqindəlik meydana gətirilir,
- İnkişaf planına və müəyyən olunmuş hədəflərə nail olmaq üçün lazımi təlim və strategiyalar təmin edilir,
- Və bu strategiya daxilində arzu edilən nəticələrə onu aparacaq şərait və əlaqələr hazırlamasına, fəaliyyətə keçməsinə və əməli dəyişikliklər yaratmasına dəstək oluruq.

Müştərimizlə:
- Daha yaxşı və daha effektiv qərarlar vermələri,
- Dəyərlərinə və ruhlarına əsaslanaraq yaşamaları və liderlik etmələri,
- Əlaqəyə girdikləri hər bir insanla effektiv ünsiyyət bacarıqlarını artırmaları,
- Müxtəlif və bir-birindən fərqli tip insanlarla daha effektiv şəkildə işləmələri,
- Başqalarının üzərindəki təsirlərini anlamaları və idarə etmələri,
- Qiymətli işçiləri təşkilatda saxlamaları,
- İş və şəxsi həyatlarında balansı daha dəqiq saxlamaları üçün işləyirik.





Beyindən Beyinə Marketinq.