• +994 12 409 25 82
  • info@neyromarketinq.com

Təşkilati koçluq





Təşkilati Koçluq proqramları ilə şirkətiniz üçün için uzunömürlü, səmərəli və istədiyiniz nəticələri əldə edən bir dəyişim yarada bilərsiniz.
Təşkilati Koçluq proqramları ilə şirkətiniz üçün için uzunömürlü, səmərəli və istədiyiniz nəticələri əldə edən bir dəyişim yarada bilərsiniz.

Təşkilati Koçluq Proqramları, təşkilatların çatmaq istədikləri məqsədlərlə eyni istiqamətdə inkişafı planlaşdıraraq doğru həyata keçirə bilmələri üçün üçün tərtib olunub. Məqsədimiz, koçluq xidməti təklif etdiyimiz şirkətlərdə, bu şirkətlərin və personalın məhsuldarlığını artıracaq və güclü tərəflərini meydana çıxaracaq formada dəyişmələri üçünə katalizator olmaqdır. Vizionumuz sadəcə təşkilati dəyişim və inkişaf deyil, təşkilati təkamüldür.

Biz, hər hansı bir təşkilatda mütləq inkişafa nail olmaq üçün aşağıdakı dörd ünsürün vacib olduğuna inanırıq:
- Doğru strateji hədəflər
- Doğru taktikalar
- Bu strategiya və taktikaların işləməsi üçün doğru davranışlar
- Məqsədə aparan davranışları dəstəkləyən doğru nəticələr

Koçluq xidməti göstərdiyimiz təşkilatlarla onların formalaşdırdıqları viziona çata bilmələri və nəzərdə tutulan inkişafa və ya iş fürsətlərindən ən yaxşı şəkildə faydalanmaları üçün işləyirik. Burada haqqında bəhs etdiyimiz iş, istər bütövlükdə şirkət, istər şirkətin bir funksiyası, istər bir komandanı əhatə etsin, uzunömürlü və məntiqli fərq yaratmaq üçün yuxarıdakı dörd ünsürü əhatə edən bir proqram tərtib edirik.
Mənfəətin və təşkilati uğurun əsası, şirkətin idarəetməsinin və personalının məhsuldarlığı, uğur və daim artan performans yaratmaq üçün necə davranmasıdır. Birlikdə işlədiyimiz təşkilatların vizion və strateji hədəflər müəyyənləşdirməsinə və taktiki addımlar hesablanmasına dəstək olmaqdan qürur duyuruq. Ancaq bizim ən böyük faydamız, bu hədəfləri reallaşdıracaq və taktiki addımları effektiv surətdə reallaşdıracaq əməli dəyişikliklərin həyata keçirilməsinə koçluq xidməti göstərərkən meydana çıxır.

Təşkilati Koçluq Fəaliyyətinin Fokus Nöqtələri:
- Effektiv və uzunömürlü dəyişim, təşkilatlanma,
- Təşkilati potensialın və işçi potensialının ən səmərəli formada istifadəsi,
- Təşkilatdaxili admisntrativ koçluq yanaşmasının yerləşdirilməsi,
- Təşkilatın inkişafının qarşısındakı blokların müəyyənləşdirilməsi və ortadan qaldırılması,
- Təşkilati məqsədlərə və güclü tərəflərə əsaslanan vision tərtibatı,
- Təşkilat üçün kritik funksiyaların (satış, istehsal, və s.), qrup (üst - orta səviyyə idarəetmə, müştəri xidmətləri və s.) və komandaların (satış və s.) təkmilləşdirilməsi və dəstəklənməsi,
- Təşkilatın məqsədlərinə uyğun əməli dəyişimlərin nizamlanması və tətbiq olunması,
- Məqsədlərə uyğun taktikaların tərtibatında təşkilatia kömək edilməsi,
- Təşkilatdaxili özünüidarəetmə və əlaqələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi,
- Təşkilati və fərdi məsuliyyət və inam,
- Təşkilati şüurun formalaşması,
- Təşkilatdaxili ünsiyyət kanallarının və işgüzar əlaqələrin təkmilləşməsi,
- Təşkilatın digər inkişaf və dəyişim ehtiyacları...

Davranışları bacarıqlara çevirməkdə Sizə ən yaxşı köməyi biz edə bilərik!

 





Beyindən Beyinə Marketinq.