• +994 12 409 25 82
  • info@neyromarketinq.com

İdarə etmə xidmətləri





Maliyyə böhranı iş adamlarını narahat edən əsas məsələlərdən biridir. Heç kimə sirr deyil ki, hər bir biznesmen öz işini qurarkən bir məqsəd güdür - stabil gəlir əldə etmək. Böhran zamanı isə bu istək daha da artır. Gəlin görək, böhran vaxtı nə baş verir? Dövriyyə aşağı düşür, kontraktların sayı azalır, əlavə vəsait axtarışları başlayır, işçi sayının ixtisar olunması məcburiyyəti yaranır. Sizcə Siz çıxılmaz vəziyyətdəsiniz? Ancaq bu belə deyil. Çin dilindən tərcümədə “böhran” sözü iki heroqliflərdən ibarətdir: «təhlükə» və «şans». Deməli, Çin fəlsəfəsinə əsasən, “Təhlükə varsa, ondan çıxış yolları da vardır”. Sizin üçün bu cür “Şans” autsorsinq ola bilər.

Autsorsinq ingilis sözü olub , "outside resource using" kənar mənbədən istifadə etmək mənasını verir.. Burada məqsəd, bir şirkətin əsas fəaliyyətindən kənarda qalan işləri əlavə personal cəlb etmədən,bu işlə məşğul başqa professional şirkətə həvalə etməsidir.

Bu xidmət, yarandığı ilk illərdə şirkətin ehtiyac duyduğu mal və xidmətlərin, daxildə istehsalı əvəzinə kənar şirkətlərdən təmin olunması ilə yarandı. Və daha sonra bazarda daha yaxşı mövqe tutmaq üçün öz əsas işlərinə fokuslanmaq istəyən şirkətlər, digər işlərini bu sahədə daha yaxşı fəaliyyət göstərən şirkətlərə həvalə etməyə başladılar. Autsorsinq ilk dəfə Kodak şirkətinin öz İT işlərini kənar şirkətə ötürməsi ilə yaranıb. Artıq autsorsinq olduqca genişlənmişdir və bir çox sahələri əhatə edir. İndi şirkətlər audit,marketing,HR və s. kimi işlərini autsorsinq edir.

Autsorsinqin faydaları:
- Autsorsinq edilən işlə bağlı xərclər aşağı olur;
- Autsorsinq edilən iş daha keyfiyyətli olur;
- Şirkətin öz işinə fokuslanmasına şərait yaranır.





Beyindən Beyinə Marketinq.