• +994 12 409 25 82
  • info@neyromarketinq.com

Marketinq portfeli





Təşkilati koçluq Menecer koçluğu İdarəetmə koçluğu Motivasiya koçluğu Koçluq nədir? “Koç” (Coach) sözü qədim fransız sözüdür və insanları bir yerdən başqa yerə daşıyan maşın mənasını verir. Koçluq prosesi də insanlara sürətli texnologiya ilə dəyişim prosesi tətbiq edərək, öz alətlərindən istifadə edərək, insanların həyatlarını istədikləri şəkildə dizayn etməsinə xidmət edən bir sənətdir. Koçluq ilk dəfə bir sənət kimi Amerikada yaranaraq bütün dünyaya yayılmış və bu gün bir çox ölkələrdə uğur qazanmış insanlar, şirkət rəhbərləri həm iş dünyasında və həm də ailə həyatında koçluq duyğusundan istifadə edirlər. Koçluq xidmətlərindən istifadə edərək insanı həyata bağlamaq və hədəflərinə doğru kökləndirmək, nəticələri yaxşılaşdırmaq mümkündür. NLP ilə koçluq isə koçluğun xüsusi bir bölməsidir və gücləndirilmiş bir şəklidir. Müştərilərimizin bütöv şəkildə professional həyatlarında fərdi və təşkilati hədəflərə nail olmaları, iş və idarəetmə keyfiyyətlərini artıra bilmələri ve effektiv lider ola bilmələri üçün bacarıqlarını artırmaları və davranışlarını arzu edilən nəticələr istiqamətində yenidən nizamlamalarına dəstək olmağı hədəfləyirik. Koçluq xidmətimiz qısa müddətə müştərilərimizin qarşılaşdıqları problemləri daha səmərəli şəkildə həll etmələri üçün bir beyin fırtınası və resurslar mühiti vəziyyətini alır. Koçluq xidməti zamanı üç səviyyədə öyrənməyi qarşımıza məqsəd qoyuruq: • Müdirin qarşılaşdığı problemlərin həlli və fürsətlərin dəyərləndirilməsi • Bunu edərkən liderlik qabiliyyətinin və digər rollar, vəziyyətlərlə uyğunlaşdırılaraq yeni düşünmə və davranış formalarının təkmilləşdirilməsi • Öyrənmənin koçluq xidməti sona çatdıqdan sonra da davamını təmin edəcək özünü qiymətləndirmə və analiz etmə bacarıqlarının və vərdişlərinin qazandırılması. Müştərimizlə: • Daha yaxşı və daha effektiv qərarlar vermələri • Dəyərlərinə və ruhlarına əsaslanaraq yaşamaları və liderlik etmələri • Əlaqəyə girdikləri hər bir insanla effektiv ünsiyyət bacarıqlarını artırmaları • Müxtəlif və bir-birindən fərqli tip insanlarla daha effektiv şəkildə işləmələri • Başqalarının üzərindəki təsirlərini anlamaları və idarə etmələri, • Qiymətli işçiləri təşkilatda saxlamaları • İş və şəxsi həyatlarında balansı daha dəqiq saxlamaları üçün çalışırıq. Koçluq prossesinin faydaları: Koçluq prossesində qısa zamanda motivasiya problemlərinin həll olunması, uzun müddətə isə motivləşmə bacarıqlarını təkmilləşdirərək, şəxsi və iş həyatında daha effektiv nəticələr alınması və daha xoşbəxt bir həyat yaşaması üçün insanlara kömək etmək məqsədi daşıyır. Bu məqsədlə koçluq alan şəxsə pratiki üsul və texnikaların nəql olunmasından əlavə, uzun müddətə fərdi inkişafın davam etdirilməsinə yönəlik öyrədici məşğələlər həyata keçirilir. Koçluq alan insanın özünə güvənində, özünə hörmətində və özünə verdiyi dəyər anlayışında inkişafa nail olunur. Koçluq prossesinin “uzunluğuna” və“sıxlığına” görə bu faydaların qalıcılığı artar. Həyata və özünə pozitiv bir baxış prizmasının qazanılması və inkişafı təmin edilir. Yeni problemləri aradan qaldırma bacarıqlarında, psixoloji və fiziki dəyanətdə artım baş verir. Üstəlik, koçluq alan insanın neqativ əhvalının, sıxıntılı dövrlərinin bu prosseslə pozitivə doğru sürətlə dəyişdirilərək daha asan geridə buraxılmasına kömək olunur. TƏŞKİLATİ KOÇLUQ Təşkilati Koçluq proqramları ilə şirkətiniz üçü uzunömürlü, səmərəli və istədiyiniz nəticələri əldə edən bir dəyişim yarada bilərsiniz. Təşkilati Koçluq Proqramları, təşkilatların çatmaq istədikləri məqsədlərlə eyni istiqamətdə inkişafı planlaşdıraraq doğru həyata keçirə bilmələri üçün üçün tərtib olunub. Məqsədimiz, koçluq xidməti təklif etdiyimiz şirkətlərdə, bu şirkətlərin və personalın məhsuldarlığını artıracaq və güclü tərəflərini meydana çıxaracaq formada dəyişmələri üçün katalizator olmaqdır. Vizionumuz sadəcə təşkilati dəyişim və inkişaf deyil, təşkilati təkamüldür. Biz, hər hansı bir təşkilatda mütləq inkişafa nail olmaq üçün aşağıdakı dörd ünsürün vacib olduğuna inanırıq: • Doğru strateji hədəflər • Doğru taktikalar • Bu strategiya və taktikaların işləməsi üçün doğru davranışlar • Məqsədə aparan davranışları dəstəkləyən doğru nəticələr Mənfəətin və təşkilati uğurun əsası, şirkətin idarəetməsinin və personalının məhsuldarlığı,uğur və daim artan performans yaratmaq üçün necə davranmasıdır. Birlikdə işlədiyimiz təşkilatların vizion və strateji hədəflər müəyyənləşdirməsinə və taktiki addımlar hesablanmasına dəstək olmaqdan qürur duyuruq. Ancaq bizim ən böyük faydamız, bu hədəfləri reallaşdıracaq və taktiki addımları effektiv surətdə reallaşdıracaq əməli dəyişikliklərin həyata keçirilməsinə koçluq xidməti göstərərkən meydana çıxır. Davranışları bacarıqlara çevirməkdə Sizə ən yaxşı köməyi biz edə bilərik! MOTİVASİYA KOÇLUĞU Motivasiya Koçluğu- koçun, koçluq xidməti alan kişinin potensialına ən yaxın performansı göstərməsində, şəxsi və profesional həyatında istədiyi nəticələri əldə etməsində kömək və bələdçilik etdiyi bir prossesdir. Koçluq prossesi boyunca şəxs, özünü daha yaxşı tanıyaraq potensialını kəşf edər, gündəlik motivasiya problemlərini aradan qaldırmaq üçün özünü gücləndirir və hədəflərinə çatmaq üçün bacarıqlara yiyələnərək özünü motivləşdirmənin yeni yollarını öyrənir. Motivasiya koçluğu, koçluq alan şəxsin elmi və təcrübi üsullarla motivləşməsinə və motivasiyasının yüksək saxlanılmasına kömək edən, hədəfə doğru inamla irəliləməsində dəstək olan bir yol yoldaşlığı prossesidir. Motivasiya koçluğu prossesinin qısa və uzun müddətlik əhəmiyyətli faydaları vardır.




Beyindən Beyinə Marketinq.