• +994 12 409 25 82
  • info@neyromarketinq.com

Marketinq tədqiqatları





Öz biznesinizi yaratmağa hazırlaşmanızdan və ya artıq təcrübəli sahibkar olmanızdan asılı olmayaraq, şirkətinizin yaşaması və uğuru, bazarla nə dərəcədə səmərəli işləmənizlə bağlıdır.Bazarla qarşılıqlı əlaqələrin ən mühüm və açıq üsullarından biri marketinq tədqiqatlarıdır. Son illər müxtəlif təşkilatlar daha tez-tez marketinq tədqiqatlarının aparılması ilə bağlı xidmətlərə müraciət edirlər.Marketinq təd­qiqatları təkcə iri kompaniya və təşkilatlara lazım deyil. Yaradıcı təd­qiqatın hazırlanması sayəsində hətta kiçik büdcəli təşkilatlarda marketinq tədqiqatlarının aparılmasından fayda əldə edə bilərlər. Lakin problem özəl biznes sahiblərinin əksəriyyətinin məhsul və xidmətlərinin marketinqi ilə necə məşğul olmağı bilməmələrindədir. Bəziləri isə ümumiyyətlə ona etinasız yanaşır, potensial müştərilərin “göydən düşəcəyini” gözləyirlər.

Marketinq tədqiqatları biznesin inkişafının mümkün istiqamətlərini müəyyənləşdirməyə kömək edir. Onları yeni bazarlara çıxış haqda qərar qəbul edərkən, yeni məhsul, brend dəyişikliyini, əmtəələrin irəliləmə kanalları və üsullarını tətbiq edərkən, satış siyasətini və müştərilərin stimullaşdırılması üsullarını formalaşdırarkən, şirkətin məhsuluna (xidmətlərinə) qiymətləri müəyyənləşdirərkən aparmaq lazımdır.  

 





Beyindən Beyinə Marketinq.