• +994 12 409 25 82
  • info@neyromarketinq.com

Neyro Lingvistik Sürətli Oxu





Minilliyin titrəyişini hiss edirik! Hər şey mobilləşdi, hər şey elektronlaşdı. Uğur və xoşbəxtliyimizin öyrənmə bacarıqlarımızla ayrılmaz surətdə bağlı olduğu zəmanəyə gəldik. “Heç nəyə vaxt çatdıra bilmirəm”, deyirsinizsə və öyrəniləcək çox şey varsa, “Neyro Linqvistik Sürətli Oxu” proqramını məhz sizin üçün tərtib etmişik.

Sürətlə öyrənməyi öyrənə bilərsiniz!
- Oxunacaq çox şey olduğu halda, zamanınız çox azdırsa
- Oxuyarkən fikriniz yayınırsa,
- Kompüter, planşet yaxud telefon ekranından çox şey oxuyursunuzsa,
- Özünüzü astagəl bir oxucu olaraq hiss edirsinizsə,
- Oxumalı olduğunuz materialın çoxluğundan əziyyət çəkirsinizsə,
- Tələbə və ya şagirdsinizsə,
- Dünyanın ƏN SÜRƏTLİ OXUYANLARI arasında olmaq istəyirsinizsə
- Sürətli oxuma Çempionu olacaq bir sürətlə oxumaq istəyirsinizə.

Yuxarıdakılardan ən az biri sizin üçün keçərlidirsə, “Neyro Linqvistik Sürətli Oxu” təlimində iştirak etməklə;

Daha az zaman ərzində daha çox məlumat öyrənə bilərsiniz.
Mükəmməl konsentrasiya bacarığı əldə edə bilərsiniz.
SÜRƏTLİ OXUYA bilərsiniz.
Oxuyarkən yüksək sürətlə qavrayan bir beyinə sahib ola bilərsiniz.
Oxuyacağınız materialların öhdəsindən asanlıqla gələ bilərsiniz.
Öyrəndiklərinizi qalıcı olaraq uzun müddət yadda saxlaya, lazım olduğunda xatırlaya bilərsiniz.
Motivasyası yüksək, özünə güvənən bir tələbə və ya yetişkin ola bilərsiniz.

Nəyə görə BİZ? Çünki,
- NLP
- Yaddaş
- Beyin gücü
- Sürətli öyrənmə
- Yaradıcı düşünmə
- Motivasiya və Konsentrasiya
- Koçluq
Kimi müxtəlif zehni inkişaf xarakterli təlimlərin təqdimatı üzrə böyük təcrübəmiz var.

“Neyro Linqvistik Sürətli Oxu” proqramına nə daxildir?
Mövcud oxuma sürətinizin 2-4 qatına yüksəlməsi
Çeşidli göz/beyin təlimləri ilə aktiv görmə sahəsinin genişlənməsi
Konsentrasiyanın artması
Anlama bacarığının yüksəldilməsi
Mətni sürətli gözdən keçirmə, həmçinin oxuma texnikaları
Dünyaca məşhur “Mind map”-“Beyin xəritələri” təlimi
Dərs çalışma və qeyd tutma texnikaları
Effektiv öyrənmə və buna mane olan faktorlar
Qavrama Modeli və öyrənmə strategiyası
Neyro Linqvistik Sürətli oxu nədir və onun faydaları
Biz necə oxuyuruq
Beyin-göz əlaqaləri və qavrama
Göz məşqləri ilə aktiv görmə sahəsinin genişləndirilməsi
Neyro Linqvistik Sürətli oxu üçün məşqlər
Beyin potensialının kəşf olunması
Motivasiya üçün çalışmalar
Yaddaş texnikaları
Sürətli oxuya mane olan əsas faktorlar
Qrup koçluğu
İmtahan həyacanının aradan qaldırılması

Təlim sonunda əldə edəcəyiniz nəticə sayəsində tamamilə sürətli bir oxucu olacaqsınız. Oxumalı və öyrənməli olduğunuz məlumatları daha az zaman ərzində edəcək, beləliklə qalan işlərinizə də zaman ayıra biləcəksiniz.

Təlimçilər:
1.Babək Bayramov
NLP Master Trainer
Master Certified Coach
2.Mirşahin Əlizadə
2014 cü ildə “Türkiyə Sürətli Oxu dərnəyi” tərəfindən təşkil olunmuş “Anlayaraq sürətli oxu” təlimini almışdır. Həmin il “Türkiyə Sürətli Oxu dərnəyi” tərəfindən təşkil olunmuş “Zehin Xəritələri” (Mind map) təlimlərində iştirak etmişdir.
2015 ci ildə “Dünya Yaddaş, Zehni Riyaziyyat və Sürətli oxu” olimpiadaları tərəfindən təşkil olunmuş “Zehni Riyaziyyat, Yaddaş və Zəka inkişafı” təhsilini tamamlamışdır.
2015 Noyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilən “Dünya Yaddaş Çempionlarının rekord sınaqları və qala gecəsində” Azərbaycan Mental İdman yarışları təmsilcisi olaraq ölkəmizi təmsil etmişdir. 2016 cı il 1-2 Oktyabr tarixlərində, Türkiyənin İstanbul şəhərində baş tutan “10-cu Türkiyə Yaddaş çempionatı” da Azərbaycanı təmsil etmiş, 52 ədəd qarışdırılmış oyun kartlarını 4 dəqiqə 24 saniyə ərzində dəqiq yadda saxlamaqla, həmin kateqoriya üzrə Türkiyə 7-cisi seçilmişdir. Yenə həmin olimpiadanın Sürətli oxu kateqoriyası üzrə, Türkiyə 14-cüsü olmuş, beləliklə “2016 Dünya Yaddaş Çempionatında” iştirak etmək haqqı qazanmışdır. NLP təlimində iştirak etmişdir.
2016-cı ildən etibarən Türkiyənin ən böyük saytlarının birində redaktordur. Eyni zamanda Neyro Linqvistik Sürətli Oxu proqramı üzrə təlimçidir.

Təlim müddəti 24 saat yəni 8 dərs

Təlim materialları və breyk servis təmin olunur.

Təlimi bitirənlərə sertifikat verilir və konsentrasiya musiqisi seti (4 disk) hədiyyə olunur.





Beyindən Beyinə Marketinq.