• +994 12 409 25 82
  • info@neyromarketinq.com

NLP təlim





Dünyanın diqqətini özünə çəkən, prezidentlərin, siyasət və biznes adamlarının, bir sözlə uğur qazanmaq istəyən hər kəsin daim müraciət etdiyi bu sehrli güc nədir? Beyin bəyəm kompüterdirmi ki, onu istədiyin şəkildə proqramlaşdırasan? İllərlə davam edən fobiyanı, daim narahatlıq törədən daxili səsi, günahkarlıq duyğularını, insanı daim kasıblıqda saxlayan düşüncə tərzini bir neçə seansa, hətta bir neçə dəqiqəyə silməyə qadir olan bu üsullar cadugərlikdirmi? Hipnotik ünsiyyətlə satışda və diplomatiyada inanılmaz nəticələr əldə etməyin, sonsuz sayda sözləri cəmi 1 dəfə eşidərək və ya oxuyaraq eyni ardıcıllıqla uzun müddət yadda saxlamağın, yalançını bir neçə dəqiqəyə aşkar etməyin mümkünlüyünü söyləsəm inanarsınızmı? Sanki “xeyr” deyə pıçıldadığınızı eşidirəm...
Ancaq bütün bunlar həqiqətdir və bu sahə 40 ildir ki, elm olaraq dünya tərəfindən təsdiqlənmişdir. NLP-nin (Neuro Linguistic Programming) dilimizdəki tərcüməsi “Zehin Dili Proqramlaşdırılması”dır. İnsanın zehnini istəyə uyğun olaraq proqramlaşdıraraq, arzu edilən nəticələrə çatmaq olar. Bugün ABŞ və Avropada 150-dən çox institut və 2 universitetdə NLP- təhsil, iş dünyası, səhiyyə, fərdi inkişaf, ailə daxili ünsiyyət və terapeya sahələri üçün tədris olunur.

NLP-nin yaranma tarixi
1970-ci illərin əvvəlində Kaliforniyada riyaziyyatçı Riçard Bandler və dilçi Con Qrinderin müəyyən bacarıqlara sahib olan insanlar ilə bu bacarıqları təkmilləşdirmiş insanlar arasındakı fərqləri araşdırarkən, NLP-nin əsasını qoydular. Onların başlanğıcda özlərinə verdiklər sual bu idi: "Hər hansı bir qabiliyyətə malik olan bir adamla, eyni qabiliyyətə malik, amma daha üstün olan digəri arasındakı fərqin səbəbi nədir?"
Bandler və Qrinder, mükəmməl performansa sahib insanları modelləşdirərək bu performansa digər insanların da çata bilmələri üçün lazımlı metodları işləyib hazırladılar.

NLP-nin istifadə edildiyi sahələr və faydaları
Təhsildə - tələbələr üçün
a.İmtahana hazırlaşarkən stressdən qurtulma
b.Sürətli və qalıcı öyrənmə
c.Öyrəndiklərini anlamağı asanlaşdırır və sürətləndirir
d.İmtahan zamanı öyrəndiklərini xatırlama (yaddaş gücləndirmə)
e.Şüuraltı mənbələrdən qaynaqlanan öyrənmə maneələrini aradan qaldırma

Təhsildə - Müəllimlər üçün
a.4 Mat sistemi ilə mövzunu tələbələrə asan və başa düşülən formada öyrətmək bacarığı qazandırır
b.Tələbələri ən asan formada və sürətli şəkildə tanıyaraq daha uğurlu olmaqlarına köməklik göstərmək
c.Şüuraltı öyrənməyi və öyrətməyi asanlaşdırma
d.Tələbələrə şüuraltı səviyyədə təsir etmək bacarığı
e.Modelləşdirmə ilə daha uğurlu olmaq

Fərdi inkişafda
a.Motivasiya, təsirli ünsiyyət və sağlam qərar vermə bacarıqlarının inkişafı
b.Zehni və fiziki uyğunlaşmanı təmin edərək həyat keyfiyyətinin yüksəldilməsi
c.Zərər verən davranışlardan xilas olma
d.İnsanın daxili münaqişələrindən qurtulub özü ilə barışması
e.Lazım olduğunda XEYR deməyi öyrənmək
f.Stressdən uzaq bir həyat tərzinə sahib olmaq
g.Həvəssizlik, maraqsıqlıq, istəksizlik problemlərinin kökündən həlli
h.Spirt, siqaret və s kimi sağlığa zərərli bağlılıqlardan qurtulmaq

İş dünyasında
a.Effektiv ünsiyyət və Liderlik bacarıqlarını qazanmaq
b.İdarəçilik, Satış və Marketing strategiyalarını öyrənmə
c.Müvəffəqiyyətli komanda qurmaq və komanda ruhunu inkişaf etdirmək
d.Qərar və Motivasiya strategiyalarını öyrənmək
e.Vəziyyətə uyğun olaraq strategiyalardan istifadə etmək
f.Müvəffəqiyyətli idarəçiləri modelləşdirmə
g.Təqdimat texnikalarını öyrənmək

Terapiyada
a.Sosial fobiyalardan xilas olma
b.Panikadan xilas olma
c.Depressiyadan qurtulma
d.Evlilik və ailə içində problemlərin aradan qaldırılması


NLP Centerin Azərbaycanda fəaliyyəti
NLP Center Azərbaycanda 2013-cü ildən fəaliyyətə başlamışdır və verilən bütün xidmətlər Babək Bayramov tərəfindən təqdim edilir.

Babək Bayramov
Beynəlxalq akkredetasiyalı NLP Master Trainer,
Beynəlxalq akkreditasiyalı Biznes Koçu
Tanınmış Fərdi və Təşkilati İnkişaf Ustadı
Motivasiya Natiqi, Yazar , TV aparıcı və s.
MTI -“Mind Training İnstitute”-də akkreditasiya olunmuş rəsmi Trener.
“Saygin Coaching and Consulting”-in Azərbaycandakı rəsmi təmsilçisi.
Azərbaycanda ilk dəfə NLP Centerin qurucusu





Beyindən Beyinə Marketinq.